Qaz Unit Isiticiləri








Daygas Heating Systems
Lodos Seriyası
Məkan qənaəti & dizayn
Daygas qaz unit isitici modelləri, üzərindəki ventilyatorun köməyi ilə NG və ya LPG-dən alınan istilik enerjisini istənilən mühitə üfürərək isitmə təmin edən cihazlardır.
Lodos qaz unit isitmə sistemləri xüsusi qazan quruluşu sayəsində yüksək səmərəliliklə işləyir və aşağı enerji sərf edir. Xüsusi qazan quruluşu həmçinin cihazın analoqlarına nisbətən daha səssiz işləməsini təmin edir. Yuxarıdakı görüntülərdən də göründüyü kimi, isidilmiş hava yuxarı qalxdığı üçün, daha səmərəli və homojen isitmə əldə etmək məqsədilə isti hava generatorlarının hündürlüyü 5 metri keçməyən qapalı məkanlarda istifadəsi tövsiyə olunur.
- Yüksək təhlükəsizlik səviyyəsi və təhlükəsiz qaz klapan sistemi
- Xüsusi dizayn edilmiş qazan quruluşu sayəsində artırılmış səmərəlilik
- Uzaqdan idarəetmə ilə 5 mərhələli işləmə və ya termostatla idarəetmə imkanı
- Səssiz işləmə
- Aşağı emissiya səviyyəsi
- Ekranda səviyyə və nasazlıq bildirişi
- Sadə servis xidməti
- Enerji qənaəti
- Sadə və sürətli quraşdırma
